Gəncədə evdən meyit tapılıb.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü İsmayılov Elzar telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdən FHN-in 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN-in xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapısını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmayılovun meyiti evin vanna otağından aşkarlanıb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, 30 yaşlı E.İsmayılov ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdən xaric, məktəbdən kənar işlər üzrə təşkilatçısı olub.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü