Noyabrın 24-dən bugünədək Qəzza zolağından azı 58 girov azad edilib, daha 85 fələstinli girov təhvil verilərək İordan çayının qərb sahilinə gətirilib.
BUTA.TV xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş direktoru Robert Mardini bildirib.
“BQXK yalnız neytral vasitəçi kimi çıxış edərək, bu şəxslərin ailələrinə təhvil verilməsini asanlaşdırıb”, - R.Mardini deyib.
Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü