“Google” öz “Chrome” brauzeri üçün sıfır-gün (hakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur) boşluğunu aradan qaldıran təcili təhlükəsizlik yeniləməsini təqdim edib.
Yeniləmə artıq “Windows”, “macOS” və “Linux” əməliyyat sistemləri üçün əlçatandır. “Google”un özünün verdiyi məlumata görə, müəyyən edilmiş boşluq artıq dələduzlar tərəfindən istifadəçilərə hücum etmək üçün fəal şəkildə istifadə olunur, ona görə də şirkət hər kəsə mümkün qədər tez brauzerin yeni versiyasını quraşdırmağı tövsiyə edir.
Yeniləmədə eyni zamanda yeddi təhlükəsizlik düzəlişi həyata keçirilib, lakin onlardan ən vacibi “Chrome”da və “Chrome OS”, “Android” və “Flutter” kimi “Google”un digər xidmətlərində istifadə edilən “Skia 2D” qrafika kitabxanasında tam ədədlərin çoxalması probleminə aid olan “CVE-2023-6345”dir. Bu zəif yer istifadəçi “Chrome”da xüsusi veb səhifə açdıqda dələduzlara kompüterdə ixtiyari kod icra etməyə imkan verir. Beləliklə, haker sistemə tam nəzarət edə, məlumatları oğurlaya və ya silə, zərərli proqram quraşdıra və ya digər hərəkətləri edə bilər.
Mənbə: gazeta.ru
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü