Bu gün saat 09:20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
BUTA.TV xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
"ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - məlumatda qeyd olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü