Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Yaguar" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb.
Sözügedən avtomobilin "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir. Onun Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub.
Xatırladaq ki, iş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən "Hafka" ev dustağlığına buraxılmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü