Bir anlaşılmazlıq oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün təşəbbüsünün ATƏT-dəki daimi nümayəndəmizdən gəldiyini düşünürdü, halbuki, məndə olan məlumata görə, belə deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri dekabrın 6-da parlamentdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı ilə görüşündə Lavrovun Ermənistanın ATƏT-dəki daimi nümayəndəsindən şikayət etdiyi videonu şərh edərkən bildirib.
“Görünür, texniki anlaşılmazlıq baş verib və bu, Rusiya XİN rəhbərinin diqqətinə çatdırılıb. Söhbət görüşün təşəbbüskarı olmasından gedirdi. Mən bildirdim ki, biz bu görüşün təşəbbüskarı olmamışıq”, - deyə erməni nazir qeyd edib.
Qeyd edək ki, Lavrov 30 noyabrda Skopyedə Mirzoyanla görüşmüş, ondan görüşdə niyə səfirin olmadığını (Ermənistanın Avstriyadakı səfiri və ATƏT-dəki nümayəndəsi Armen Papikyan – red.) soruşmuşdu. O isə “bildiyim qədəri ilə tələb olunmayıb” cavabını vermişdi.
Lavrov isə Mirzoyanın cavabına “səfiriniz müstəqildir, təlimatsız işləyir” sualı ilə reaksiya vermişdi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü