Bu gün Dünya Azərbaycanlıları Konqresi Yazıçılar Birliyinin Natəvan klubunda XX yüzil tariximizin ən şərəfli günlərindən olan Cənubi Azərbaycanda qurulan Milli Hökumətin - 21 Azər Hərəkatının 78-ci ildönümünə həsr olunmuş toplantı keçirib.
BUTA.TV xəbər verir ki, toplantını DAK həmsədri Sabir Rüstəmxanlı açaraq XX əsrdə Azərbaycanın istiqlal və bütövlük mübarizəsi, bu mübarizə tarixində 21 Azər Hərəkatının müstəsna rolu haqda danışıb.
Tədbirdə araşdırmaçı alimlər Əli Şamil və Yasəmən Qaraqoyunlu 21 Azər Hərəkatı haqqında geniş tarixi məlumat verib.
Daha sonra Güney Azərbaycan Demokratik Firqəsinin rəhbəri Rəhim Hüseynzadə o dövrün milli fədailəri və bu mübarizənin davam etdirilməsi haqqında çıxış edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü