Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Livana səfəri təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti xarici siyasət idarəsindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, nazirin səfərini təxirə salmasına səbəb təyyarədəki texniki nasazlıq olub. Belə ki, Kollonnanı daşıyan təyyarə Adriatik dənizi üzərindən geri dönərək Fransaya qayıtmağa məcbur olub.
Bildirilib ki, problem yerli vaxtla təxminən saat 10:00-da Kolonna artıq Livana doğru uçarkən aşkar edilib. Hökumətin "Falkon" təyyarəsi İtaliya ərazisində dönüş etmək məcburiyyətində qalıb. O, Fransanın İle-de-Frans bölgəsindəki hava bazasına enib.
Təyyarədən günün sonuna qədər istifadə edilməyəcəyi qeyd olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü