Almaniya Rusiyadan ölkəyə gətirilən Yeni il hədiyyələrini sanksiyalar rejiminə riayət etmək zərurəti səbəbindən müsadirə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya gömrüyündən məlumat verilib.
Qurum bununla bağlı AB Şurası tərəfindən 31 iyul 2014-cü ildə qəbul edilmiş 833/2014 saylı əsasnaməni xatırladıb.
“Nəticədə Rusiyadan müxtəlif xarakterli çoxlu malların idxalı qadağan edilir. Buraya sellüloz və kağız, ağac və ağac məhsulları, daşlar və qiymətli metallar, siqaretlər, plastiklər və kimyəvi məhsullar, o cümlədən kosmetika kimi hazır məhsullar daxildir”.
Qeyd olunub ki, hətta kitab və oyuncaqlar da müsadirə oluna bilər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü