Gürcü əsilli məşhur rusiyalı müğənni İrakli Pirtsxalava Moldovaya buraxılmayıb.
Kult.az xəbər verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat katibi Raisa Noviçki məlumat yayıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 39 vətəndaş giriş şərtlərinə əməl etmədiyi üçün Moldovaya buraxılmayıb. Onların arasında rusiyalı müğənni İrakli də olub.
Qeyd edək ki, İrakli dekabrın 24-də Moldova siyasətçisi və iş adamı İlan Şorun təşkilatçılığı ilə Balti şəhərində Yeni il konsertində çıxış etməli idi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü