Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitində çıxışı zamanı “Aİİ-ni geosiyasi olmayan iqtisadi birlik” adlandırıb və qeyd edib ki, Avrasiyaya inteqrasiyanın siyasiləşdirilməsinə qarşıdır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Paşinyanın bu sözləri Qərbə ünvanlanmış kimi görünür: bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını ifadə edir:
“Sammitdə əsas diqqətçəkən məqam isə Putinin Paşinyana demək istədiyi sözləri ənənəvi olaraq Lukaşenkonun dili ilə çatdırması idi. Belarus Prezidenti Lukaşenko Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi, Əfqanıstanı nümunə çəkdi və üz döndərəcəyi təqdirdə iqtisadi baxımdan “öləcəyi” mesajını verdi. Belə demək mümkünsə, Batya Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü