Rusiyanın Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullinin olduğu avtomobil qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, nazirin olduğu “Toyota Kamri” avtomobili ötmə əməliyyatını həyata keçirmək istəyib. Lakin sürücü çovğun səbəbindən qarşıdan gələn “Lada Larqus”u görməyib və hər iki avtomobil toqquşub.
Qəza nəticəsində Raxmatullinin körpücük sümüyü sınıb və qapalı kəllə-beyin travması alıb. Nazir və köməkçisi xəstəxanaya yerləşdirilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü