HƏMAS-ın İsraillə müharibədə qabaqcıl silahlardan istifadə etdiyi üzə çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, təşkilatın istifadə etdiyi bəzi silahlar əvvəlki hücumlarla müqayisədə daha öldürücüdür:
“Əl-Qəssam Briqadası Qəzzada 105 mm-lik tank əleyhinə “Yasin” raketlərindən fəal istifadə edir. Təşkilat bu raketlə İsrailin “Merkava” tanklarını hədəfə alır. Raket Rusiya istehsalı olan RPQ qumbaraatanlarından buraxılır. Növbəti bir silah isə “Əl-Asif” torpedosudur. Bu silah pilotsuz dəniz vasitəsidir və su hücumları üçün nəzərdə tutulub. Sözügedən pilotsuz aparat sadə dizaynlı sualtı avtomobil kimi təsvir edilir. Eyni zamanda, Şimali Koreya istehsalı “F7” qumbaraatanları da HƏMAS-ın istifadə etdiyi silahlar arasında yer alır. Başqa bir silah isə “Şəvaz”dır. Bu, Qəzza istehsalı olan partlayıcıdır. Silah yaxın məsafədən hərbi texnikanı pusquya salmaq üçün istifadə olunur. “Şəvaz” bombaları İsrail zirehli maşınlara zərər vermək üçün hazırlanıb. Onun tərkibində partlayış zamanı zirehdeşici cihaz rolunu oynayan metal disk yerləşir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü