Türkiyə ordusu Suriyanın şimalında terrorçuların daha bir təxribatının qarşısını ala bilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Komandolarımız tərəfindən “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə ərazisinə sızmaq istəyən terrorçulardan ibarət 12 nəfərlik dəstəyə lazım olan cavab verilib. Silahlı qarşıdurma nəticəsində 9 terrorçu zərərsizləşdirilib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçuları Türkiyə ordusunun mövqelərinə hücum edib. Nəticədə 9 türk əsgəri şəhid olub. Bölgədə aparılan qisas əməliyyatları nəticəsində 23 terrorçu da məhv edilib. Hazırda sözügedən ərazilərdə əməliyyat davam etdirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü