Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a Türkiyədən diplomatik mənbə bildirib.
“İordaniyada səfərdə olan xarici işlər naziri Fidan Pakistan və İrandan olan həmkarları ilə telefon danışığı aparıb. O, regionda yeni problemlərin yaranmasının qarşısının alınmasının vacibliyinə işarə edərək, tərəfləri təmkinli olmağa çağırıb. Hər iki nazir türkiyəli həmkarını əmin edib ki, gərginliyi artırmaq istəmirlər”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü