Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.
BUTA.TV xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mersedes sprinter" markalı yük və "Nissan X-Trail" markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və avtomobillər oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü