8 mindən çox ukraynalı (mülki və hərbçi - red.) Rusiya əsirliyindədir.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Yuri Taranyuk bildirib.
“İndiyədək 49 mübadilə aparılıb və 2828 nəfər evlərinə qaytarılıb. Hazırda 8 mindən çox insan əsirlikdədir, onlardan 1600-dən çoxu mülki şəxsdir. Daha on minlərlə insan - həm mülki vətəndaşlar, həm də hərbi əsirlər - itkin düşənlər siyahısındadır", - o vurğulayıb.
Onun sözlərinə görə, əsirlikdə olan 8 mindən çox insanın yalnız yarısından çoxu Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Rusiya tərəfindən təsdiqlənib. Digər əsirlər haqqında məlumat başqa üsullarla, xüsusən də azad edilmiş əsirlərdən əldə edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü