Müxtəlif ölkələrdə öz maraqları naminə dövlət çevrilişi edə biləcəyinə inanan Qərb Rusiyada inqilab təşkil etməyi düşünür, amma buna nail olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Qərb, ilk növbədə ABŞ kəşfiyyatı öz texnologiyasının arzuolunmaz rejimləri devirmək gücünə ürəkdən inanırdı. Açığı desək, xaos, minlərlə insanın ölüm və dağıntılarla xatırlanan “ərəb baharı” faciəsinin məsuliyyəti onların üzərindədir. Qərb ölkələri, ilk növbədə ABŞ, Ukraynanın Maydan faciəsinə görə də məsuliyyət daşıyır. Dünya bu faciənin nəticələri ilə hələ də üzləşməkdədir. Bu cür uğurlardan başı gicəllənən qərblilər Rusiyanın da öhdəsindən eyni şəkildə gələ biləcəklərini düşünürdülər. Bunların heç biri, əlbəttə ki, nəticə vermədi və alınmayacaq”, - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü