Boris Yeltsinin “Rusiya NATO-ya daxil olan ilk ölkə olmalı idi” sözlərini eşitməmişəm.
BUTA.TV xəbər verir ki, bunu Yeltsinin Protokol Xidmətinin keçmiş rəhbəri Vladimir Şevçenko deyib.
“Bu, yoldaşların (ABŞ Milli Təhlükəsizlik Arxivi nəzərdə tutulur - red.) cəfəngiyyatıdır və bunu xatırlamıram”, - o bildirib.
Şevçenko bu cür sənədlərin məxfilikdən çıxarılması faktına da qəzəblənib:
“Bu, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün olmalıdır”.
Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqrama görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü