İmişli rayonunda 30 yaşlı biznesmenin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“BUTA TV” xəbər verir ki, rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Onlar yaxınlıqdakı şəxslərin köməyi ilə sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.
Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen olub.
Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü