Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Prezident İlham Əliyevi fevralın 7-də keçirilən seçkilərlə bağlı qalib gəlməsi münasibəti ilə təbrik edib.
BUTA.TV təbrikin mətnini təqdim edir:
“Hörmətli Prezident!
Sizin seçkilərdə parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır. Bu seçki Azərbaycan xalqının Sizlərə sevgi və məhəbbətini əks etdirir. Sizin ailənizlə birlikdə Xankəndi seçki dairəsində qeydiyyatdan keçməniz çox böyük düzgün addımdır və hansı ki, bir daha “Qarabağ Azərbaycandır!” tezisini təsdiqləyir….
Bu seçkidə iştirak edən digər namizədləri də topladıqları təcrübəyə görə təbrik edirəm. Onlar bir daha “güclü rəqiblə necə mübarizə aparmaq lazımdır” dərsini almış oldular.
Hörmətli Prezident!
Sizi bir daha əzəmətli qələbəniz münasibətilə təbrik edir - Azərbaycanımız üçün yeni mərhələnin açılışında, reformalarınızın startında Sizə uğurlar arzulayıram”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü