Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü