Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
BUTA.TV xəbər verir ki, ilk matç “Sabah”la “Kəpəz” arasında baş tutub.
3:2 hesablı əzmkar qələbə qazanan “Sabah” xallarının sayını 31-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Doqquzuncu sırada qərarlaşan “Kəpəz” isə 20 xalda qalıb.
Günün ikinci görüşündə “Səbail”lə “Araz-Naxçıvan” qarşılaşacaqlar.
Qeyd edək ki, turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü