Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə BUTA.TV-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, BDYPİ hava şəraiti ilə bağlı verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir:
"Yağışlı, qarlı havalarda avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına, eləcə də mövsümə uyğun təchizatına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər. Piyadalardan isə ehtiyatlı olmaları, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamaları, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmələri xahiş olunur".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti fevralın 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağını, bəzi yerlərdə qar yağacağını, dağlıq və dağətəyi rayonlarda güclü külək əsəcəyini bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü