Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının oğlu boşanır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəmil Rüstəmxanlı həyat yoldaşı Günel Rüstəmxanlı ilə nikahlarının pozulması üçün iddia qaldırıb. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadə baxır. Baxış iclası fevralın 26-na təyin edilib. Qeyd edək ki, Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır.
Onlar 12 il əvvəl ailə həyatı qurmuşdular. Sözügedən toy həmin vaxt gündəm olmuşdu. Rüstəmxanlılarla Məmmədovların quda olması barədə məlumat mediada və sosial şəbəkələrdə sürətlə yayılmışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl S. Rüstəmxanlının qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni əri Elçin Cəfərovdan boşanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü