Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir.
BUTA.TV xəbər verir ki, Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır.
S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub.
İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib:
“Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim. Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü