Netanyahunun (İsrail baş naziri - red.) İsraili müdafiə etmək, HƏMAS-ı təqibə davam etmək hüququ var, lakin atılan addımlar nəticəsində günahsız insanların ölümünə daha çox diqqət yetirməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden MSNBC telekanalına müsahibəsində deyib.
“Fikrimcə, o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla kömək etməkdən daha çox, İsrailə zərər verir. Və mən hesab edirəm ki, bu, böyük səhvdir”, - Amerika lideri bildirib.
Bayden İsrailin Rəfahda əməliyyat keçirməsinin “qırmızı xətt” olduğunu vurğulayıb, buna baxmayaraq, İsraili heç vaxt tərk etməyəcəyini də elan edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət