Ermənistan heç bir halda AB-yə üzv ola bilməz. Bu, tamamilə mümkünsüzdür. Prinsipcə, İrəvan AB üzvlüyünə namizəd statusu ala bilər. Bu statusu Ukrayna, Gürcüstan, Moldova alıb və çox güman ki, Ermənistan da alacaq.
BUTA.TV verir ki, bunu erməni politoloq Qrant Mikaelyan deyib.
“Ancaq burada fərqləri qeyd etməyə dəyər. Moldovanın çox ciddi coğrafi arqumenti var, Moldova fiziki cəhətdən Avropada yerləşir, Avropa Birliyinə çox yaxındır. Gürcüstanın çox güclü institusional arqumenti var. Baxmayaraq ki, Tiflis Avropadan uzaqda yerləşir, lakin Gürcüstan, ən azı, tələb olunan bütün islahatları tətbiq edib. Ermənistan faktiki olaraq sırf siyasi xətt üzrə dəvət və ya namizədlik üçün müraciət etmək imkanı əldə edib. Bu da qətnamədə (AP-nin qətnaməsi – red.) qeyd olunur. Bütün bunlar KTMT ilə əlaqəlidir. Ermənistan KTMT-dən çıxsa, o zaman Rusiya İrəvanın Aİİ-yə üzvlük məsələsini qaldıracaq. Artıq Rusiya tərəfdən belə bir bəyanat eşitmişik. Moskva bu iki təşkilata ortaq paket kimi baxır”, - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət