Fransa Prezidenti Emmanuel Makron Vaşinqtonun xoşuna gəlmək və NATO müttəfiqlərini təxribata çəkmək üçün Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı açıqlamalar verir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
“Fransa Prezidenti Makronun son bir neçə il ərzində hansısa strateji muxtariyyət yaratmaqla bağlı bütün söhbətləri boş olduğu ortaya çıxdı. Hazırda heç kim bu barədə düşünmür. İndi Makronun Ukraynaya quru qoşunlarını göndərmələrinin mümkünlüyündə israr etməsinə baxmayaraq, söhbət artıq strateji muxtariyyətdən deyil, ABŞ-ı sevindirməkdən, eyni zamanda NATO-nun özündə müttəfiqləri təxribata çəkməkdən gedir”, - deyə o əlavə edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət