Azərbaycan milli komandasının Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş.
BUTA.TV “QOL.az”a istinadən xəbər verir ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə milli komandanın futbolçuları və məşqçi heyətinin hər birinə 40 min manat mükafat veriləcəkmiş. Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar.
Qeyd edək ki, bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə R.Abdullayev namizəd olmayacağını açıqlayıb.
Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan “FİFA series – Edition 2024” yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır. Onu da əlavə edək ki, ötən dövr ərzində Azərbaycanda qadınlar arasında U-17 dünya çempionatı, 2019-cu ilin Avropa Liqasının finalı (“Çelsi” – “Arsenal”) və Avro-2020-ün final mərhələsinin 4 oyunu (1/4 final oyunu) Bakıda keçirilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət