Milli komandamızın hücumçusu Musa Qurbanlı icarə əsasında “Qarabağ”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı forvard jurnalistlərə açıqlamasında hazırda çıxış etdiyi İsveçin “Yurqorden” klubundan tezliklə ayrılmaq barədə düşünmədiyini bildirib.
“Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”, - M.Qurbanlı vurğulayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət