Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən xəbərə görə, 99-SY-403 dövlət qeydiyyat nişanlı "Hunday" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarı ilə sürücü Araz Failxan oğlu Qasımov 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət