ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələri dəstəkləmir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Kiyevin Rusiya neftayırma zavodlarına və digər obyektlərinə hücumları ilə bağlı Parisdə fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
“İlk gündən siyasətimizin başlıca qayəsi Ukraynanın Rusiya təcavüzündən müdafiəsinə kömək etmək olub. Eyni zamanda, Ukraynanın öz ərazisindən kənarda zərbələrini dəstəkləmir və ya onlara kömək etmirik”, - o bildirib.
Fransa XİN rəhbəri Sejurne isə Ukraynanın Rusiyadakı neft obyektlərinə hücumları ilə bağlı qeyd edib ki, Kiyev qanuni müdafiə çərçivəsində hərəkət edir.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır