Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var.
BUTA.TV xəbər verir ki, klinikadan Oxu.az-a yayılan məlumatların əsassız olduğu bildirilib.
“Klinika fəaliyyətini davam etdirir, bağlanmayıb. Lisenziyası da ləğv olunmayıb. Sosial şəbəkə hesabımızda da bu barədə məlumat yaymışıq. Həkimlər də işlərini davam etdirirlər. Aprelin 9-da klinikanın fəaliyyətinin dayandırılması barədə əsassız məlumat yayan qurumlar barəsində isə rəhbərliyimiz tərəfindən tədbir görüləcək”, məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 9-da Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib. Buna səbəb isə klinikada lisenziyadankənar fəaliyyətin aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması olub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət