Bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağ və qondarma erməni soyqırımı ilə bağlı dinləmələr keçirilib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamların səsləndirildiyi dinləmələr zamanı Nyu Cersidən olan konqresmen Kris Smitin Türkiyənin ABŞ-dakı səfiri ilə dialoqunu xatırlatması diqqət çəkib.
Konqresmen Türkiyə səfiri ilə Qarabağ haqqında müzakirə apardığını deyib.
“Mən onunla Qarabağda baş verənlər haqda danışırdım. Mənə alçaldıcı, təkəbbürlü bir tonda cavab verirdi. O dedi ki, belə davam etsəniz, NATO-nun Türkiyədə – İncirlikdə yerləşən bazasını çıxaracağıq. Mən də dedim ki, elə olacağı təqdirdə baza Yunanıstana köçürüləcək”, – deyən konqresmen səfirin Qarabağ demarşına görə şok yaşadığını bildirib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır