Bir qrup az tanınan saytlar Birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən tutulan Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” məlumatı yaydılar.
BUTA.TV xəbər verir ki, bunu politoloq Rasim Musabəyov özünün Feysbuk səhifəsində yazıb.
“Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkəndin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm.
Əslində isə dedim ki, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan anklavı ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı ilə müqayisə olunsa da, Kərkidən İrəvanı İranla birləşdirən yol, Yuxara Əskəpardan isə Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral keçir. Kəndlərimizin strateji əhəmiyyəti danılmazdır, Başkənd yalnız rayon yollarının kəsişməsində yerləşir. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir. Bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmədi. Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, diqqəti cəlb edən başlıq daha vacibdir”, - Musabəyov bildirib.
Qeyd edək ki, Rasim Musabəyov Başkəndin heç bir strateji əhəmiyyət kəsb etmədiyini bildirməklə yanaşı, 1929-cu ildə bizdən əsassız olaraq alınan kəndin “mübadilə edilməli” olduğunu deyib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət