Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin üçüncü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 3 may 2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin üçüncü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır