Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiyası ilə bağlı imzalanan protokolla bağlı şərhində 25 hektar torpağın ermənilərə qaytarıldığını və Kirants kəndinə birləşdirildiyini açıqlayıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Ermənistanın açıqladığı “25 hektar torpaq” məsələsi ermənilər arasında mübahisələrə səbəb olub.
Ermənistan hakimiyyəti bunu “uğur” adlandırır, ermənilər isə bu ərazilərin onsuz da əvvəldən onlara məxsus olduğunu deyirlər. Kirants kəndində yaşayan ermənilərin dediklərindən məlum olur ki, 25 hektar torpaq əvvəldən minalanmış ərazilərdir. Demarkasiyadan sonra bu ərazilər minalardan təmizlənərək, “əkin sahəsi” adı ilə ermənilərə veriləcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət