Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanın İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsi barədə tələbi ən yüksək dərəcəli dəlilik və absurdun təcəssümüdür.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib.
“Prokuror Xanın verdiyi qərar absurdluğun təcəssümüdür. O, təcavüzkarları və onların qurbanlarını bərabərləşdirmək istəyir. Bu, ən yüksək səviyyəli dəlilikdir. İsrail BCM-in iştirakçısı deyil və digər ölkələr kimi onun hazırkı Qəzzadakı münaqişə ilə bağlı yurisdiksiyasını tanımır”, - açıqlamada bildirilib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS-ın 3 liderinin - Yəhya Sinvar da daxil olmaqla - həbsinə order verilməsini tələb etmişdi.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət