Təbrizlilər mayın 19-da helikopter qəzasında ölən miliyyətcə Azərbaycan türkü, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və cümə imamı Məhəmməd Əli Al-Haşimin xatirəsini əziz tutub, onların fotoları qarşısına əklillər qoyub və şam yandırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
“Bu hökumətin təşkil etdiyi vida mərasimlərindən daha səmimi təsir bağışladı. Azərbaycanlılar bunu könüllü olaraq, iki azərbaycanlı üçün etdilər”, - paylaşımlarda bildirilib.
Qeyd edək ki, helikopter qəzasında ölənlərin mayın 21-də Təbrizdə keçirilən vida mərasiminə görə dövlət idarələri və məktəblər bağlanıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət