İranın xarici siyasətinə gəlincə, bu, İranın özünün suveren qərarıdır. İran böyük regional gücdür və dünya işlərində mühüm rol oynayır. Amma fikrimcə, çətin ki, bu faciədən sonra (İran Prezidenti Rəisinin helikopter qəzasında ölümü – red.) İran rəhbərliyinin xarici siyasətində hər hansı dəyişikliklə qarşılaşaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin cümə günü Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran dövlətçiliyinin fundamental əsasları kifayət qədər sabit və etibarlıdır:
“Biz bir dövlət olaraq İranla, İran xalqı və İran rəhbərliyi ilə çox yaxşı əlaqələr qurmuşuq. Şəxsən mən burada mümkün ciddi dəyişikliklər görmürəm. Ümid edirəm ki, İran siyasətinin Rusiya və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığımız istiqamətində davamlılıq qalacaq”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət