Avropa Birliyi Gürcüstan parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilib.
Bəyanatda bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğu, Gürcüstanın AB-yə gedən yoluna mənfi təsir göstərəcəyi vurğulanıb:
“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və AB yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. AB və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna tətbiq etdiyi vetonu 84 səslə dəf edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət