Xüsusi təyinatlılar "düşmən" məntəqəsinə qəfil basqın etdi - Video

19:50 - 6 İyun 2024 - GÜNDƏM

 Xüsusi təyinatlılar

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi davam edir.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.

Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol