Xüsusi təyinatlılar Rostovdakı 1 saylı İstintaq Təcridxanasında keçirilən qondarma əməliyyat zamanı 6 məhbusu öldürüblər. Özləri onları silahlandırıb, mobil rabitə ilə təmin ediblər, özləri də öldürüblər ki, məhbusların heç biri bu şouda Penitensiar Xidmətin və FTX əməliyyatçılarının rolundan danışmasın.
BUTA.TV xəbər verir ki, bu iddia ilə “Gulagu.net” Teleqram kanalı çıxış edib.
“FTX və Penitensiar Xidmətin rəhbərlərinin heç biri altı radikal məhkumun istintaq təcridxanasının əməliyyat şöbəsinin əməliyyatçıları və bu dramda əsas girov rolunu oynayan polkovnik Aleksandr Boqmanın köməyi olmadan müəssisədə necə koordinasiya olunduqlarını aydın izah edə bilməyəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün altı məhbus Rostov-Dondakı istintaq təcridxanasınln əməkdaşlarını girov götürmüşdülər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət