Dünyada rəqabət aparacaqsansa, sərmayə qoymalı olacaqsan.
BUTA.TV xəbər verir ki, bunu “Baykar”ın baş direktoru Haluk Bayraqdar deyib.
“Bayraqdar Akıncı” və “Bayraqdar Qızılalma” pilotsuz təyyarələrində turbin mühərrikləri istifadə olunur. “Baykar”da növbəti beş il ərzində təyyarə mühərriklərinə 300 milyon dollar sərmayə qoyuruq. “Bayraqdar Qızılalma” mühərriki dörd ildən sonra yerli istehsal olacaq. Ümumilikdə “Baykar” təkcə öz resurslarından istifadə edərək “Qızılalma”ya 1 milyard dollar xərcləyib. Bu il “Baykar” 12 ədəd “Qızılalma” pilotsuz təyyarəsini istehsal etməyi planlaşdırır. 2026-cı ildə isə 48 ədəd istehsal etməyi planlaşdırırıq”, - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət