Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var.
BUTA.TV xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.
“Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - o bildirib.
Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarda deyil, həm də onun qəbul edilməsindədir:
“Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır”.
Paşinyan vurğulayıb ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət