Bakıda bağçaların birində tərbiyəçi azyaşlıya şiddət göstərib, təhqir edib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. Görüntülərdə tərbiyəçinin yatmadığı üçün uşağa qışqırdığı və zorakılıq etdiyi əks olunub.
Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb:
"Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
Həmçinin, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".
"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda vurğulanıb.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır