İyulun 12-də Lerik rayonunun Rəzəvül kəndində “Niva” markalı avtomobillə qəzaya düşən şəxslər müəllim və həkim imiş.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Kamal Balamirzə oğlu Kazımov rayonda həkim, Balabəy Əzim oğlu Həmidov isə müəllim kimi fəaliyyət göstərib.
Eyni zamanda yaxın dost olan şəxslər K.Kazımova məxsus avtomobillə hərəkətdə olarkən qəzaya düşüblər. Vəziyyəti daha ağır olan Kazımov reanimasiya şöbəsinə yerləşdirilib və orada vəfat edib. B.Həmidov isə Bakıdakı xəstəxanaya köçürülüb.
Qeyd edək ki, hadisə iyulun 13-nə keçən gecə baş verib.
Faktla bağlı araşdırma aparılır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət