Fələstin başçılıq etdiyi hökumət üçün prioritetdirsə, o zaman Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?
BUTA.TV xəbər verir ki, bunu təbrizli sosial media istifadəçiləri İranın yeni Prezidenti Məsud Pezeşkiana müraciətdə yazıblar.
"Fələstin və qəzzalılar sənə səs verib prezident seçməyiblər, prioritetin sənə səs verənlərin problemlərinin həlli olmalıdır", - Pezeşkianın Haniyə ilə danışığını əks etdirən informasiyaların şərh bölmələrində bildirilib.
Xatırladaq ki, İran prezidenti HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışığında Fələstinin onun üçün prioritet olduğunu, Qəzzada atəşkəs üçün səylərini artıracağını deyib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır