İsrail ordusunun dünən Beyruta zərbələri nəticəsində Hizbullahın ikinci adamı Hacı Möhsün (Fuad Şukar) öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, Möhsün Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri və yüksək dəqiqlikli raket layihəsinin rəhbəri idi. O, 1983-cü ildə Beyrutdakı ABŞ dəniz piyadalarının kazarmasının partladılmasına və 200-dən çox dəniz piyadasının öldürülməsinə görə Vaşinqton tərəfindən axtarışda idi. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat təyin etmişdi.
Qeyd edək ki, İsrail tərəfi dünən Beyruta endirilən zərbələr nəticəsində Hizbullahın iki komandirinin öldürüldüyünü açıqlamışdı.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət